...

"Bu sevinci mənə və ailəmə yaşadan Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm"

Cəmiyyət Materials 15 İyun 2016 12:27 (UTC +04:00)
"Bu sevinci mənə və ailəmə yaşadan Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm".
"Bu sevinci mənə və ailəmə yaşadan Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm"

Bakı. Samir Əli - Trend:

"Bu sevinci mənə və ailəmə yaşadan Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm".

Bunu Trend-ə 1 saylı cəzaçəkmə müəssisəsindən azad edilən Xaqani Ağayev deyib.

Quldurluq maddəsi ilə ittiham olunaraq 14 il həbs cəzası alan X.Ağayevin cəzasını başa vurmasına iki ay qalmışdı: "Amnistiya olacağına inanmırdım. Dünən xəbər verdilər ki, cəzamın çəkilməmiş hissəsindən azad olunmuşam. Çox sevincliyəm. Bu sevinci mənə və ailəmə yaşadan millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm. Mehriban xanımın humanist bir xanım olduğunu bilirik. Arzu edirəm ki, bu cür aktlar tez tez qəbul olunsun və digər məhbuslar da sevinsin. Allah daim Mehriban Əliyevanı və onun ailəsini sevindirsin".

Azadlığa qovuşanlar... (FOTO)

Azadlığa qovuşanlar... (FOTO)

15 saylı cəzaçəkmə müəssisəsindən Nizami Əliyev: "Təsadüfdən cinayət törətmişdim. 8 ay həbs cəzası almışdım, 6 ayı qalmışdı. Heydər Əliyev Fondunun prezidenti, milllət vəkili Mehriban xanım Əliyevanın bu təşəbbüsü mənim ailəmə əsl hədiyyə oldu. Məndən çox ailəm əziyyət çəkirdi. Mehriban xanım Əliyeva ailəmə böyük sevinc bəxş etdi. Mən cənab Prezident İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya xüsusi təşəkkürümü bildirirəm".

Qeyd edək ki, amnistiya aktına əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxlər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil ovladı olan, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.

Amnistiya aktı 10 min nəfər məhbusu əhatə edəcək. 10 min nəfərdən 3500 nəfəri azadlıqdan məhrumetmə yerlərindən azad ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti