...

Turizm şirkətləri Formula 1-ə gələn qonaqlar üçün müxtəlif ekskursiyalar təşkil etməyə hazırdır

Cəmiyyət Materials 19 İyun 2016 10:14 (UTC +04:00)
Turizm şirkətləri Bakıya “Formula 1” yarışını izləməyə gələn qonaqlar üçün yarışdan sonra müxtəlif ekskursiyalar təşkil edə bilər.
Turizm şirkətləri Formula 1-ə gələn qonaqlar üçün müxtəlif ekskursiyalar təşkil etməyə hazırdır

Bakı. İlhamə İsabalayeva - Trend:

"Turizm şirkətləri Bakıya “Formula 1” yarışını izləməyə gələn qonaqlar üçün yarışdan sonra müxtəlif ekskursiyalar təşkil edə bilər. Şirkətlər belə turların keçirilməsinə tam hazırdırlar".

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

İndiyədək Bakıda bir çox beynəlxalq tədbirlərin keçirildiyini xatırladan M.Ağakərimov qeyd edib ki, turizm şirkətləri həmin tədbirlərdə xeyli təcrübə toplayıb və turistlərə xidmətin göstərilməsi baxımından püxtələşiblər.

M.Ağakərimov əlavə edib ki, qonaqlar üçün əsas turların Bakıda keçirilməsi nəzərdə tutulur. Regionlara maraq göstərən qonaqlar üçün isə Quba, Qəbələ, Şəki və digər bölgələrə turlar təşkil oluna bilər:

Formula 1-i izləmək üçün Bakıya gələnlər daha çox 5 ulduzlu hotelləri sifariş ediblər

Formula 1-i izləmək üçün Bakıya gələnlər daha çox 5 ulduzlu hotelləri sifariş ediblər

“Bu yarışlardan sonra Azərbaycan, onun paytaxtı Bakı ilə daha yaxından tanış olmaq üçün əlavə 1 neçə gün qalmaq istəyən qonaqlarımız ola bilər. AzTA nəzdində yaradılan Bakı Ekskursiya Bürosu da məhz belə tədbirlərdə iştirak edən qonaqlar üçün ekskursiyalar təşkil etməkdən ötrü 12 dildə ekskursiya bələdçisi hazırlayıb. Bu iş hələ də davam edir. Azərbaycanda bir neçə il əvvəl xarici dil bilən ekskursiya bələdçilərinə böyük tələbat var idi. O boşluğu doldurmaq üçün AzTA tərəfindən mütəmadi iş aparıldı. Hazırda isə xarici dilləri bilən bələdçilər baxımından problemimiz yoxdur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti