...

Nazirlik xəstənin sağ ayağının səhvən kəsilməsi ilə bağlı araşdırmaya başladı

Cəmiyyət Materials 24 İyun 2016 15:38 (UTC +04:00)
Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzində şəkərli diabet xəstəsi olan Tərlan Əliyevanın sağ ayağının səhvən kəsilməsi ilə bağlı məlumatlara münasibət bildirib.
Nazirlik xəstənin sağ ayağının səhvən kəsilməsi ilə bağlı araşdırmaya başladı

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzində şəkərli diabet xəstəsi olan Tərlan Əliyevanın sağ ayağının səhvən kəsilməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hazırda məsələ ilə əlaqədar xüsusi komissiya yaradılıb və araşdırmalara başlanılıb. Eyni zamanda məsələ hüquq-mühafizə orqanları tərəfindən də araşdırılır: “Həm Səhiyyə Nazirliyinin tibbi ekspertizasının, həm də hüquq-mühafizə orqanının araşdırmasının nəticələri toplandıqdan sonra ictimaiyyətə açıqlama veriləcək”.

Xatırladaq ki, T.Əliyevanın sol ayağının kəsilməsi üçün diaqnoz qoyulub. Lakin xəstəxananın həkim-cərrahı Valeh Kərimov xəstənin səhvən sağ ayağını kəsib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti