...

"Dünyəvi dövlətdə din: Azərbaycan modeli" mövzusunda seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 24 İyun 2016 19:41 (UTC +04:00)
Dövlət Komitəsi sədrinin birinci müavininin iştirakı ilə Gədəbəydə tədbir keçirilib.
"Dünyəvi dövlətdə din: Azərbaycan modeli" mövzusunda seminar keçirilib (FOTO)

Bakı. Trend:

İyunun 23-də Gədəbəy rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlının iştirakı ilə "Dünyəvi dövlətdə din: Azərbaycan modeli" mövzusunda seminar keçirilib.

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş olunub.

Tədbirdə çıxış edən Gədəbəy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev tədbirin əhəmiyyəti barədə məlumat verib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini S.Salahlı çıxışında ölkəmizdə mövcud olan vicdan azadlığı məsələsinə toxunub.

S.Salahlı bildirib ki, bu gün ölkəmizdə vicdan azadlığı təmin edilib və bu 25 ildir müstəqil olan bir ölkə üçün böyük bir nailiyyətdir. Dünyanın dinlər və məzhəblərarası münaqişələrlə çalxalandığı belə bir dövrdə Azərbaycanın özünün multikulturalizm modelini dünyaya nümunə kimi təqdim edir. DQİDK sədrinin birinci müavini Azərbaycanda multikultural həyat tərzinin real nümunələrindən bəhs edib və multikulturalizmin radikalizmin qarşısının alınmasında mühüm vasitə olduğunu bildirib.

“Fitnə” sənədli filmi barədə də məlumat verən S.Salahlı gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılması üçün faktlar əsasında çəkilən filmin önəmindən bəhs edib. O bildirib ki, radikal dini qrupları, eləcə də bu qruplara qoşulan gəncləri yalnız maarifləndirmə yolu ilə, İslamın buyurduğu həqiqətləri çatdırmaqla zərərsizləşdirmək mümkündür.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti