...

QMİ-nin sabiq şöbə müdiri ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Cəmiyyət Materials 29 İyun 2016 13:03 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri, dövlətə xəyanətdə təqsirləndirilərək həbs edilən Elşən Mustafaoğlu barəsində olan cinayət işi üzrə materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
QMİ-nin sabiq şöbə müdiri ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Bakı. Samir Əli - Trend:

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri, dövlətə xəyanətdə təqsirləndirilərək həbs edilən Elşən Mustafaoğlu barəsində olan cinayət işi üzrə materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu barədə Trend-ə təqsirləndirilən şəxsin vəkili Əfqan Məmmədov məlumat verib. Vəkil bildirib ki, hələlik cinayət işi üzrə məhkəmə prosesinin keçiriləcəyi tarix məlum deyil.

Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti