...

"Sədərək" Ticarət Mərkəzində iki polisi bıçaqlayana hökm oxundu

Cəmiyyət Materials 1 İyul 2016 11:32 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən İsmət Bəkirovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
"Sədərək" Ticarət Mərkəzində iki polisi bıçaqlayana hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən İsmət Bəkirovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

Trend-in məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Bəkirov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2015-ci ilin noyabrın 16-da paytaxtın Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək” ticarət mərkəzində qapıçı işləyən, əvvəllər məhkum olunmuş İ.Bəkirovun qadağan edilmiş ərazidə siqaret çəkib yerə atması səbəbindən həmin vaxt orada xidməti vəzifələrini icra edən Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin Qaradağ rayon Mühafizə şöbəsinin polis nəfərləri Şaiq Ağayev və Vüqar Qəmbərov ona yaxınlaşaraq bu barədə iradlarını bildirdikdə, o üstündə gəzdirdiyi bıçaqla V.Qəmbərovun bel nahiyəsindən, Ş.Ağayevin isə qarın boşluğundan daxilə nüfuz edən xəsarətlər yetirməklə onları qəsdən öldürməyə cəhd edib, lakin öz iradəsindən asılı olmayan səbəblərə görə, cinayət əməlini başa çatdıra bilməyib. Zərərçəkmişlər aldıqları xəsarətlərlə bağlı DİN-in Hospitalına yerləşdiriliblər.

Fakta görə Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumunu qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, cinayətin aləti olan bıçaq maddi sübut kimi götürülüb və digər zəruri istintaq tədbirləri həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti