...

"Baku Steel Company"dəki partlayışda yaralananlardan biri əməliyyat olunub

Cəmiyyət Materials 1 İyul 2016 14:54 (UTC +04:00)
“Baku Steel Company” zavodunda istehsalat qəzası nəticəsində baş verən partlayış nəticəsində xəsarət alanlardan biri əməliyyat olunub.
"Baku Steel Company"dəki partlayışda yaralananlardan biri əməliyyat olunub

Bakı. Samir Əli-Trend:

“Baku Steel Company” zavodunda istehsalat qəzası nəticəsində baş verən partlayış nəticəsində xəsarət alanlardan biri əməliyyat olunub.

Bu barədə Trend-ə Mərkəzi Neftçilər Xəstəxanasının baş direktorunun müavini Nadir Mehdiyev məlumat verib.

O bildirib ki, hadisə nəticəsində xəstəxanaya 3 nəfər yerləşdirilib.

Onlardan 1982-ci il təvəllüdlü Natiq Salmanovun səhhəti ağır olduğundan dərhal əməliyyat olunub və hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Əməliyyatdan sonra digər yaralı - 1971-ci il təvəllüdlü Məmməd Kərimov ayaq nayihəsindən sınıqla, Şabran rayon sakini 1959-cu il təvəllüdlü Nüsrəddin Səfərov isə yüngül xəsarətlə xəstəxanaya yerləşdirilib və vəziyyətləri normaldır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti