...

Nazirlik: Partlayışda xəsarət alanlardan yalnız 2-si "Baku Steel Company"nin işçisidir

Cəmiyyət Materials 1 İyul 2016 16:58 (UTC +04:00)
“Baku Steel Company” zavodundakı partlayış zamanı bu müəssisənin 2 əməkdaşı xəsarət alıb. Onlar qaynaqçıdırlar.
Nazirlik: Partlayışda xəsarət alanlardan yalnız 2-si "Baku Steel Company"nin işçisidir

Bakı. İlhamə İsabalayeva - Trend:

“Baku Steel Company” zavodundakı partlayış zamanı bu müəssisənin 2 əməkdaşı xəsarət alıb. Onlar qaynaqçıdırlar.

Bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin mühafizəsi məsələlərinə nəzarət və istehsalatda baş vermiş bədbəxt hadisələrin tədqiqi sektorunun müdiri İlqar Məmmədov bildirib.

Onun sözlərinə görə, “Baku Steel Company”nin işçiləri olan həmin şəxslər Elsevər Əlisahib oğlu İbadullayev və Nüsrəddin Abdulxalıq oğlu Səfərovdur.

İ.Məmmədov əlavə edib ki, xəsarət alan qalan 3 nəfər isə digər təşkilatların işçiləridir: “Hazırda araşdırma aparılır ki, onlar hansı təşkilatın üzvləridir. Bu, müəyyən olunduqdan sonra biz dərhal hadisənin tədqiqatını aparacağıq. Hazırda bizim əməkdaşlar hadisə yerindədirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti