...

Xidməti vəzifəsini yerinə yetirərkən DİN-in 99 əməkdaşı həlak olub

Cəmiyyət Materials 2 İyul 2016 17:43 (UTC +04:00)
Xidməti vəzifəsini yerinə yetirərkən Daxili İşlər Nazirliyinin 99 əməkdaşı həlak olub.
Xidməti vəzifəsini yerinə yetirərkən DİN-in 99 əməkdaşı həlak olub

Bakı. Samir Əli - Trend:

Xidməti vəzifəsini yerinə yetirərkən Daxili İşlər Nazirliyinin 99 əməkdaşı həlak olub.

Trend-in məlumatına görə, bu barədə Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Polisinin yaranmasının 98-ci ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.

Nazir qeyd edib ki, müstəqillik illərində cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 əməkdaş və hərbi qulluqçu həlak olub. Bu müddət ərzində 2613 nəfər isə xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti