...

İcbari tibbi sığorta 1 rayon və 1 şəhər tipli ərazidə həyata keçirilə bilər

Cəmiyyət Materials 5 İyul 2016 14:51 (UTC +04:00)
Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üzrə pilot layihənin 1 rayon və 1 şəhər tipli ərazidə həyata keçirilməsi nəzərdə tutulur.
İcbari tibbi sığorta 1 rayon və 1 şəhər tipli ərazidə həyata keçirilə bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üzrə pilot layihənin 1 rayon və 1 şəhər tipli ərazidə həyata keçirilməsi nəzərdə tutulur.

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, ötən müddət ərzində aparılmış araşdırmaların nəticələrinə dair əlaqədar dövlət qurumları ilə müzakirələr aparır. Eyni zamanda icbari tibbi sığortanın pilot qaydada tətbiqi üzrə rayonların seçilməsi ilə bağlı araşdırmalar davam edir.

Pilot layihənin 1 rayon və 1 şəhər tipli ərazidə həyata keçirilməsi nəzərdə tutulur. Rayon və şəhərin tibbi xidmət infrastrukturu və tibbi xidmətin təşkilində müəyyən fərqlər olduğundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həm şəhər, həm də rayon tipli ərazidə icbari tibbi sığortanın tətbiqini sınaqdan keçirəcək. Pilot layihənin həyata keçirilməsinin məqsədi əhalini və tibb müəssisələrini icbari tibbi sığorta sisteminə keçidə hazırlamaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti