...

Maşallah Əhmədov daha iki ay "ev dustağı" olacaq

Cəmiyyət Materials 5 İyul 2016 15:14 (UTC +04:00)
Bu gün Binəqədi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədov barəsində seçilmiş ev dustaqlığının müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
Maşallah Əhmədov daha iki ay "ev dustağı" olacaq

Bakı. Samir Əli - Trend:

Bu gün Binəqədi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədov barəsində seçilmiş ev dustaqlığının müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Vəkil Samir Abdullayevin Trend-ə verdiyi məlumata görə, məhkəmənin qərarı ilə M.Əhmədov barəsində seçilmiş ev dustaqlığının müddəti iki ay artırılıb:

"Maşallah Əhmədov zərərçəkmişə dəymiş ziyanı ödəyib. Lakin bəzi məqamlar var ki, həmin məqamlar digər şəxsin aldadılması kimi qeydə alınıb. Əslində buna "aldatmaq" demək düzgün deyil. İstintaq iyulun 8-də yekunlaşırdı. Prokurorluğun təqdimatı əsasında növbəti məhkəmə prosesi keçirildi və istintaq müddəti daha iki ay uzadıldı. Yəqin ki, bu yaxınlarda istintaq yekunlaşacaq və müəyyən qərar elan ediləcək".

Xatırladaq ki, M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdi. Bir müddətdən sonra barəsindəki həbs qərarı ev dustaqlığı ilə əvəz edildi.

İttihama görə, M.Əhmədov Bakıda bir neçə nəfərdən 150 min manat alaraq qaytarmayıb.

M.Əhmədov 1977-ci ildən "Neftçi" klubunda oynayıb. O, 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti