...

Azərbaycan-Gürcüstan sərhədində sıxlıq aradan qaldırıldı

Cəmiyyət Materials 6 İyul 2016 19:42 (UTC +04:00)
İyunun 6-da səhər saatlarından etibarən Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Sınıq Körpü” gömrük keçid məntəqəsində nisbi sıxlıq yaranıb.
Azərbaycan-Gürcüstan sərhədində sıxlıq aradan qaldırıldı

Bakı. Trend:

İyul ayının 6-da səhər saatlarından etibarən Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Sınıq Körpü” gömrük keçid məntəqəsində nisbi sıxlıq yaranıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sıxlığın yaranmasının əsas səbəbi bayram günləri ilə əlaqədar Gürcüstan Respublikasına səyahət edənlərin sayının kəskin artmasıdır.

Gömrük keçid məntəqəsinin iş rejimini çətinləşdirən digər amil isə Rusiya-Gürcüstan sərhədində baş verən uçqun nəticəsində Rusiyadan bu ölkəyə gedən avtomobillərin Rusiya-Azərbaycan-Gürcüstan marşrutu ilə hərəkət etməsidir. Belə ki, Rusiya-Gürcüstan arasındakı sərhəd-keçid məntəqəsinin iş rejimində yaranan problem nəticəsində Rusiya Federasiyasından Gürcüstana gedən avtomobillər Azərbaycandan tranzit keçməklə “Sınıq Körpü” gömrük keçid məntəqəsi vasitəsilə Gürcüstan ərazisinə hərəkət edir.

3 xətt vasitəsilə avtomobillərin intensiv keçidinin təmin olunduğu “Sınıq Körpü” gömrük keçid məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və hazırda sıxlıq tam aradan qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti