...

Oqtay Şirəliyev: Çəkisi 500 qramdan artıq olan körpələrin 40%-i xilas edilir

Cəmiyyət Materials 9 İyul 2016 10:51 (UTC +04:00)
Ölkədə ana ölümü göstəricisi 34,2-dən 14,4-ə düşüb.
Oqtay Şirəliyev: Çəkisi 500 qramdan artıq olan körpələrin 40%-i xilas edilir

Bakı. İlhamə İsabalayeva - Trend:

"Azərbaycanda tibb işçilərinin səyi nəticəsində çəkisi 500 qramdan artıq olan bütün körpələrin təxminən 40%-ə qədərini xilas etmək mümkün olur".

Trend-in məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev Səhiyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirib.

Nazir qeyd edib ki, ana və uşaq sağlamlığı ilə bağlı ötən ildən etibarən beynəlxalq təşkilatların tövsiyələrinə uyğun olaraq diridoğulmanın yeni meyarlarına keçilib.

Onun sözlərinə görə, əvvəllər çəkisi 1000 qramdan az olan uşaqlar diridoğulmuş kimi qeydiyyata alınmırdısa, indi kütləsi 500 qramdan artıq olan bütün körpələr diridoğulmuş sayılır və onlara tam həcmli tibbi yardım göstərilir: "Tibb işçilərinin səyi nəticəsində onların təxminən 40%-ə qədərini xilas etmək mümkün olur. Bu isə hətta Avropa üçün də çox yüksək göstəricidir".

O.Şirəliyev əlavə edib ki, ölkədə ana ölümü göstəricisi 34,2-dən 14,4-ə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti