...

Bakıda 18 avtobusun hərəkəti dəyişdirilir

Cəmiyyət Materials 10 İyul 2016 15:45 (UTC +04:00)
Bakıda 18 sərnişin avtobusun hərəkət istiqaməti müvəqqəti olaraq dəyişdirilir.
Bakıda 18 avtobusun hərəkəti dəyişdirilir

Bakı. Trend:

Bakıda 18 sərnişin avtobusun hərəkət istiqaməti müvəqqəti olaraq dəyişdirilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, Qara Qarayev prospektində aparılan təmir-tikinti işləri ilə əlaqədar iyulun 10-dan 11-nə keçən gecə prospektin metronun "Neftçilər" stansiyasından "Qara Qarayev" stansiyasınadək olan hissəsində təmirdən sonra hərəkət bərpa olunacaq, prospektin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində yerləşən dairə isə (Dakar meydanı) avtonəqliyyat vasitələrinin hərəkəti üçün qısa müddətlik bağlanacaq.

Mərkəz sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçmələrini xahiş edir.

Bakı Nəqliyyat Agentliyi isə bununla əlaqədar olaraq, 11, 12, 20, 22, 32, 35, 36, 40, 44, 49, 50, 51, 57, 62, 64, 70, 94 və 214 nömrəli marşrut xətlərindən istifadə edən sərnişinlərin nəzərinə çatdırır ki, sürücülər hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti