...

Ağacları qanunsuz kəsən şirkət rəhbəri cərimələndi

Cəmiyyət Materials 14 İyul 2016 13:38 (UTC +04:00)
İyulun 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt”inə Xətai rayonu Məhəmməd Hadi 41 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.
Ağacları qanunsuz kəsən şirkət rəhbəri cərimələndi

Bakı. Trend:

İyulun 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt”inə Xətai rayonu Məhəmməd Hadi 41 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ünvanda müxtəlif cinsli müxtəlif ölçüdə ağac və kol bitkilərinin “Ressan” MMC-nin direktoru Mahir İsmayılovun göstərişi əsasında qanunsuz kəsilməsi faktı aşkar olunub. Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq akt və protokol tərtib edilərək “Ressan” MMC-nin direktoru vəzifəli şəxs qismində 10 000 manat məbləğində cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti