...

AZAL Türkiyədə qiyama görə ləğv edilən biletləri geri qaytarır

Cəmiyyət Materials 18 İyul 2016 16:54 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" aviaşirkəti Türkiyədə hərbi çevrilişə cəhd ilə əlaqədar ləğv edilmiş reyslərə biletləri geri qaytarır.
AZAL Türkiyədə qiyama görə ləğv edilən biletləri geri qaytarır

Bakı. Trend:

"Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) Türkiyədə hərbi çevrilişə cəhd ilə əlaqədar ləğv edilmiş reyslərə biletləri geri qaytarır.

AZAL-dan Trend-ə verilən məlumata görə, Türkiyədə baş vermiş son hadisələri nəzərə alaraq, 16-20 iyul 2016-cı il tarixlərində İstanbul və Ankara istiqamətlərində uçan reyslərə, 15 iyul 2016 tarixinə kimi yazılmış aviabiletlər 15 avqust 2016-cı il tarixinə qədər müraciət olunması şərti ilə cəriməsiz qaytarıla bilər.

Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti