...

Azərbaycanlı gimnast: Tamaşaçıların güclü dəstəyinə ümid edirik (FOTO)

Cəmiyyət Materials 18 İyul 2016 18:26 (UTC +04:00)
Azərbaycan gimnastları Bakıda qarşıdakı bədii gimnastika üzrə Dünya Kubokunda tamaşaçıların güclü dəstəyinə ümid edir.
Azərbaycanlı gimnast: Tamaşaçıların güclü dəstəyinə ümid edirik (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan gimnastları Bakıda qarşıdakı bədii gimnastika üzrə Dünya Kubokunda tamaşaçıların güclü dəstəyinə ümid edir. Bunu Trend azərbaycanlı gimnast Jalə Piriyeva deyib.

J.Piriyeva qeyd edib: "Şəxsən özümdən yaxşı çıxış gözləyirəm ki, məşqçilər və hakimlər razı qalsınlar. Əsas məqsəd finala yüksəlmək, medallar uğrunda mübarizə aparmaqdır".

Onun sözlərinə görə, doğma divarlar yaxşı çıxış etməyə kömək edir və idmançılar tamaşaçıların böyük dəstəyinə çox ümid edirlər: "Mənim ikinci evimə çevrilən Milli Gimnastika Arenasında çıxış etmək çox xoşdur. Gəlin, bizə baxın, dəstək verin. Biz də öz növbəmizdə, yaxşı çıxış etməyə və tamaşaçılara və hakimlərə zövq verməyə çalışacağıq".

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək. Beləliklə, Bakı tamaşaçısı ilin əsas hadisəsi - Rio Olimpiya Oyunlarından iki həftə öncə dünyanın 20 ölkəsindən məşhur gimnastların çıxışlarını izləmək üçün unikal imkan əldə edəcəklər.

Yarışların ilk iki günü 31 gimnast və 12 qrup hərəkətləri komandası medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaq. Kubokun son günü ayrı-ayrı alətlər üzrə final mərhələləri baş tutacaq.

Bu dəfə də bədii gimnastika həvəskarlarını quruluşu milli yığma komandanın baş məşqçisi Mariana Vasilevaya məxsus möhtəşəm açılış (22 iyul) mərasimi, həmçinin məşhur idmançılarla yanaşı, Azərbaycan gimnastikasının gələcəyi olan gənc gimnastların çıxışlarının da nümayiş olunacağı ənənəvi Qala-konsert (24 iyul) gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti