...

Avropa Çempionatı "Azerspace-1" peyki vasitəsilə yayımlanıb

Cəmiyyət Materials 19 İyul 2016 16:00 (UTC +04:00)
14-17 iyul tarixində Gürcüstanda keçirilən Yüngül Atletika üzrə Avropa Çempionatı “Azerspace-1” peykinin resurslarından istifadə olunaraq canlı yayımlanıb.
Avropa Çempionatı "Azerspace-1" peyki vasitəsilə yayımlanıb

Bakı. Trend:

14-17 iyul tarixində Gürcüstanda keçirilən Yüngül Atletika üzrə Avropa Çempionatı “Azerspace-1” peykinin resurslarından istifadə olunaraq canlı yayımlanıb.

“Azərkosmos” ASC-nin Korporativ kommunikasiya departamentindən Trend-ə verilən məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərkosmos” ASC və Gürcüstanın “NPLE Media Center” şirkəti arasında imzalanan müqaviləyə əsasən, Avropa Yayım Birliyi (European Broadcasting Union- EBU) çempionat zamanı görüntünün dünyanın bir çox beynəlxalq yayım mərkəzinə çatdırılmasını “Azerspace-1” peyki vasitəsilə həyata keçirib. “Azərkosmos” 4 gün davam edən çempionatın ən maraqlı anlarının Avropa, eləcə də dünyanın digər qitələrindəki televiziya tamaşaçısına yüksək keyfiyyətlə çatdırılmasında mühüm rol oynayıb.

Bu, gələcəkdə keçiriləcək idman yarışlarının eləcə də digər əhəmiyyətli tədbirlərin “Azerspace-1” peyki vasitəsilə yayımlanması üçün Avropa Yayım Birliyi ilə əməkdaşlığın qurulması istiqamətində irəliyə atılan uğurlu addımlardan hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti