...

Anomal istilər davam edir: Günəş altında çox olmayın

Cəmiyyət Materials 20 İyul 2016 12:39 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında günəşli hava olacaq.
Anomal istilər davam edir: Günəş altında çox olmayın

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında günəşli hava olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyulun 21-də hava şəraiti əsasən günəşli olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 34-38°, bəzi yerlərdə 40°-dək isti, Bakıda gecə 24-26° isti, gündüz 37-39° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24°, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacağı gözlənilir.

İyulun 21-də Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraiti fonunda gündüz zəif cənub-şərq küləklərinin üstünlüyü əksər əhali üçün əlverişsizdir. Uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21° isti, gündüz 28-33° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti