...

Yol qəzasına düşmüş 15 mindən çox şəxsə təcili yardım göstərilib - Son 10 ildə

Cəmiyyət Materials 20 İyul 2016 16:03 (UTC +04:00)
2007-2016-cı ilin müvafiq dövrünə qədər 15 192 nəfər yol qəzasına düşmüş şəxsə təcili yardım göstərilib.
Yol qəzasına düşmüş 15 mindən çox şəxsə təcili yardım göstərilib - Son 10 ildə

Bakı. İlhamə İsabalayeva - Trend:

2007-2016-cı ilin müvafiq dövrünə qədər 15 192 nəfər yol qəzasına düşmüş şəxsə təcili yardım göstərilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bundan əlavə 13 428 nəfər konsultativ xəstəyə tibbi yardım göstərilib

Təkcə 2016-cı ildə daxil olmuş çağırışların sayı ümumilikdə 659 olub. Bunlardan yol nəqliyyatı hadisələri 624, terapevtik və digər travmalar sayı 35, baxılmış xəstələrin sayı 712, hospitalizə edilənlərin sayı 12, hadisə yerində ölüm 70, yerində tibbi yardım alanların sayı 37 olub.

113 xidmətinə daxil olmuş konsultativ çağrıların sayı 2016-cı il ərzində 1025, 113 və konsultativ çağırışların sayı 1684, baxılmış konsultativ xəstələrin sayı 1684, baxılmış 113 və konsultativ xəstələrin sayı 2396 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti