...

Qafqaz Universitetində fakültələr olduğu kimi qalacaq, tələbə qəbulu davam etdiriləcək (FOTO)

Cəmiyyət Materials 21 İyul 2016 14:40 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilmiş Qafqaz Universitetində keçirilən tədbirdə Beynəlxalq Təhsil Mərkəzi İdarə Heyətinin sədri Xalik Məmmədov Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovu Qafqaz Universitetinin kollektivinə təqdim edib.
Qafqaz Universitetində fakültələr olduğu kimi qalacaq,  tələbə qəbulu davam etdiriləcək (FOTO)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilmiş Qafqaz Universitetində keçirilən tədbirdə Beynəlxalq Təhsil Mərkəzi İdarə Heyətinin sədri Xalik Məmmədov Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovu Qafqaz Universitetinin kollektivinə təqdim edib.

Bu barədə Trend-ə BANM-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

SOCAR-ın vitse-prezidenti X.Məmmədov bildirib ki, idarəçiliyin dəyişməsi sistemin effektivliyinin daha da artırılmasını nəzərdə tutur.

Vitse-prezident Qafqaz Universitetinin sabiq rektoru Ahmet Saniçə 11 il ərzində göstərdiyi fəalliyyət və uğurlarına görə təşəkkür edərək, ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb. X.Məmmədov Qafqaz Universitetində sistemin dəyişməyəcəyini, hətta bundan sonra daha da inkişaf edəcəyini vurğulayıb. O bildirib ki, universitetdə bütün fakültələr olduğu kimi qalacaq və tələbə qəbulu davam etdiriləcək.

Universitetin idarə edilməsinə yeni təyin edilmiş Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, bundan sonra Ali Neft Məktəbi ilə yanaşı, Qafqaz Universitetinin inkişaf etdirilməsi onun qarşısında duran vacib məsələlərdən olacaq. E.Qasımov Universitetin inkişafı üçün çalışacağını deyib.

Qafqaz Universitetinin sabiq rektoru A.Saniç kollektiv qarşısında çıxış edərək qarşıdakı fəaliyyətlərində onlara müvəffəqiyyətlər arzulayıb. A.Saniç vurğulayıb ki, Qafqaz Universiteti bundan sonrakı mərhələlərdə daha da inkişaf edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti