...

"Azernews" qəzetinin beynəlxalq nailiyyəti

Cəmiyyət Materials 22 İyul 2016 08:00 (UTC +04:00)
Çap versiyasında dərc edilən Azernews ingilisdilli onlayn qəzeti beynəlxalq səviyyədə getdikcə daha çox tanınır və transmilli KİV sırasında təşəkkül tapma yolu üzrə fəal irəliləyir.
"Azernews" qəzetinin beynəlxalq nailiyyəti

Bakı. Trend:

Çap versiyasında dərc edilən Azernews ingilisdilli onlayn qəzeti beynəlxalq səviyyədə getdikcə daha çox tanınır və transmilli KİV sırasında təşəkkül tapma yolu üzrə fəal irəliləyir.

Mərkəzi Parisdə yerləşən “Sparknews” fransız mətbuat alyansı Azərbaycanın Azernews qəzetini “Impact Journalizm Day” nüfuzlu beynəlxalq hərəkatının sıralarına qəbul edib.

Bu hərəkat sıralarında“USA Today”, “Huffington Post”, “The Sunday Times”, “La Monde” və bir çox digər nüfuzlu KİV-ləri birləşdirir.

“Impact Journalizm Day"in təsisçisi Kristian de Buaredon deyib: “Məmnunluqla bildiririk ki, Azernews dünyanın 55 aparıcı qəzetinin daxil olduğu bu qlobal alyansda iştirak edən regionda yeganə qəzetdir”.

Onun sözlərinə görə, Azərbaycan müxtəlif mədəniyyətlərin nümayəndələrinin daim təmasda olduğu Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşən ölkədir: “İnnovasiyalar fərqli mədəniyyət və adət-ənənələrin kəsişməsi hesabına yaranır. Biz Azernews-un yeni ideyaların mənbəyi olmasını gözləyirik”.

“Impact Journalizm Day" çərçivəsində Azernews qlobal problemlərin işıqlandırılmasında iştirak edəcək, eyni zamanda Azərbaycandan dünya problemlərinə baxışı əcnəbi oxuculara çatdıracaq.

Bununla yanaşı, alyansda üzvlük Azernews-a məqalələrini dünyanın qabaqcıl qəzetlərinin saytlarında yerləşdirmək, jurnalistlərə isə “Sparknews”un təşkil etdiyi beynəlxalq forumlarda iştirak etmək və transmilli mediadan olan həmkarları ilə təcrübələrini bölüşməyə imkan verəcək.

Azernews bu yaxınlarda artıq Ümumdünya Qəzet Assosiasiyasının (WAN-IFRA) üzvü olub, Assosiasiyanın keçirdiyi nüfuzlu beynəlxalq forum və sərgilərdə iştirak edib.

Azernews.az qəzetinin yenilənmiş saytının interfeysi müasir auditoriyanın ən tələbkar sorğularına uyğun gəlir. Saytın rahat mobil versiyası lazımi məqaləni asan və tez tapmağa imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti