...

FIG: Azərbaycanda güclü gimnastika məktəbi yaranıb

Cəmiyyət Materials 22 İyul 2016 11:35 (UTC +04:00)
Azərbaycan son illər gimnastikanın inkişafında elə böyük addım atıb ki, ölkənin öz güclü məktəbi yaranıb.
FIG: Azərbaycanda güclü gimnastika məktəbi yaranıb

Bakı. Trend:

Azərbaycan son illər gimnastikanın inkişafında elə böyük addım atıb ki, ölkənin öz güclü məktəbi yaranıb.

Bunu Trend-ə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Texniki Komitəsinin vitse-prezidenti Noha Abuşabana deyib.

Onun sözlərinə görə, Bakı bədii gimnastika üzrə Dünya Kubokunun finalının keçirilməsinə çox yaxşı hazırdır.

N.Abuşabana qeyd edib ki, arena starta hazırdır, təşkilatçılar və Azərbaycan Gimnastika Federasiyası gözəl iş görüblər.

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək. Beləliklə, Bakı tamaşaçısı ilin əsas hadisəsi - Rio Olimpiya Oyunlarından iki həftə öncə dünyanın 20 ölkəsindən məşhur gimnastların çıxışlarını izləmək üçün unikal imkan əldə edəcəklər.

Yarışların ilk iki günü 31 gimnast və 12 qrup hərəkətləri komandası medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaq. Kubokun son günü ayrı-ayrı alətlər üzrə final mərhələləri baş tutacaq.

Bu dəfə də bədii gimnastika həvəskarlarını quruluşu milli yığma komandanın baş məşqçisi Mariana Vasilevaya məxsus möhtəşəm açılış (22 iyul) mərasimi, həmçinin məşhur idmançılarla yanaşı, Azərbaycan gimnastikasının gələcəyi olan gənc gimnastların çıxışlarının da nümayiş olunacağı ənənəvi qala-konsert (24 iyul) gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti