...

Azərbaycanın məscidlərində Türkiyə şəhidlərinin xatirəsi anılacaq

Cəmiyyət Materials 22 İyul 2016 13:03 (UTC +04:00)
Azərbaycanın bütün məscidlərində Türkiyə şəhidlərinin xatirəsi anılacaq.
Azərbaycanın məscidlərində Türkiyə şəhidlərinin xatirəsi anılacaq

Bakı. Trend:

Azərbaycanın bütün məscidlərində Türkiyə şəhidlərinin xatirəsi anılacaq.

Bu barədə Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin göstərişinə əsasən, bu gün Azərbaycanın bütün məscidlərində qardaş Türkiyədə 15-16 iyul tarixlərində baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınması üçün canlarını verən şəhidlərin ruhuna dualar oxunacaq, cümə namazından sonra qaibanə cənazə namazı qılınacaq.

Məlumatda qeyd olunur ki, şeyxülislam A.Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ölkədə dini maarifləndirmə və milli-mənəvi, eləcə də xalqımızın multikultural dəyərlərinin təbliği çərçivəsində Zaqatala-Şəki bölgəsində səfərdədirlər. Şeyxülislam A.Paşazadə və DQİDK-nin sədri M.Qurbanlı Şəki Cümə məscidində cümə namazında iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti