...

Turoperatorlara inam itib?

Cəmiyyət Materials 23 İyul 2016 11:05 (UTC +04:00)
Azərbaycanda turoperator və səyahət agentliklərinin sayı artsa da, onların vasitəsilə qəbul edilən və göndərilən turistlərin sayı azalıb.
Turoperatorlara inam itib?

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda turoperator və səyahət agentliklərinin sayı artsa da, onların vasitəsilə qəbul edilən və göndərilən turistlərin sayı azalıb.

Trend-in Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən verdiyi xəbərə görə, respublika üzrə 2012-ci ildə 170, 2013-cü ildə 197, 2014-cü ildə 218, 2015-ci ildə isə 243 səyahət agentliyi və turoperator fəaliyyət göstərib.

Turoperator və səyahət agentlikləri vasitəsilə qəbul edilən və göndərilən turistlərin sayı 2012-ci ildə 101 431 nəfər, 2013-cü ildə 91 961 nəfər, 2014-cü ildə 92 305 nəfər olduğu halda, 2015-ci ildə bu rəqəm 61 965 nəfərə enib.

Mədəniyyət və Turizm Nazirliyindən xəbərdarlıq

Mədəniyyət və Turizm Nazirliyindən xəbərdarlıq

Turoperator və səyahət agentlikləri tərəfindən əhaliyə satılmış turizm yollayış blanklarının sayı da ötən illərlə müqayisədə (2013-cü ildə 65 448, 2014-cü ildə 66 233) azalaraq 44 615-ə enib.

Ötən il yollayışların 4695-i Azərbaycan vətəndaşlarına ölkə daxilində, 38 002-i ölkədən kənarda səyahət etmək üçün, 1 918-i isə xarici ölkə vətəndaşlarına Azərbaycan ərazisində səyahət etmək üçün verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti