...

Jalə Piriyeva: Tribunaların dəstəyi olmadan çıxış etmək çətin olardı

Cəmiyyət Materials 22 İyul 2016 15:38 (UTC +04:00)
Tribunaların dəstəyi olmadan çıxış etmək çətin olardı.
Jalə Piriyeva: Tribunaların dəstəyi olmadan çıxış etmək çətin olardı

Bakı. Maksim Tsurkov - Trend:

Tribunaların dəstəyi olmadan çıxış etmək çətin olardı. Trend-in məlumatına görə, bunu jurnalistlərə Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun finalında Azərbaycanı təmsil edən Jalə Piriyeva deyib.

Onun sözlərinə görə, yarışların ilk günündəki çıxışından ümumilikdə razıdır: "İlk gün üçün pis deyil. Sabaha daha yaxşı çıxış edə biləcəyəm. Tamaşaçılara real dəstəyə görə təşəkkür edirəm".

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Bakıda keçiriləcək. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparcaq. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti