...

Azarkeş: Azərbaycanda gimnastikanın inkişafını yüksək dəyərləndirirəm

Cəmiyyət Materials 22 İyul 2016 15:24 (UTC +04:00)
Azərbaycanda gimnastikanın inkişafını yüksək dəyərləndirirəm.
Azarkeş: Azərbaycanda gimnastikanın inkişafını yüksək dəyərləndirirəm

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda gimnastikanın inkişafını yüksək dəyərləndirirəm. Bu gün Milli Gimnastika Arenasına bu qədər insanın gəlib yarışları izləməsi vətəndaşlarımızın gimnastikaya olan marağını göstərir.

Bunu Trend-ə iyulun 22-24-də Bakıda keçirilən Bədii Gimnastika üzrə Dünya Kubokuna tamaşa etməyə gəlmiş gimnastika həvəskarı Sabina Tanrıverdiyeva deyib.

S.Tanrıverdiyeva bildirib ki, indiyə qədər gimnastlarımız çox yarışlarda yüksək nəticələr göstərərək medallar qazanıblar: "Təbii ki, bu qədər güclü gimnastları olan Avropa dövlətləri içərisində belə yüksək nəticələr göstərmək ölkəmizdə gimnastikanın yaxşı inkişaf etdiyini göstərir. Bütün bunları görəndə bir vətəndaş kimi çox sevinirik".

S.Tanrıverdiyeva qeyd edib ki, bu cür yarışların Azərbaycanda keçirilməsi həm Azərbaycanın dünyada daha yaxşı tanınmasına, həm də idmançılarımızın yeni təcrübələr qazanmasına xidmət edir: "Gimnastika yarışlarına tamaşa etmək insana xüsusi zövq verir. Hazırda qızım da gimnastika ilə məşğul olur və çox arzu edirəm ki, o da bu cür yarışlarda iştirak etsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti