...

Tanınmış bəstəkarın qızı gimnastika yarışına görə Azərbaycanda qalma vaxtını uzatdı (FOTO)

Cəmiyyət Materials 23 İyul 2016 13:21 (UTC +04:00)
"Azərbaycanda gimnastikanın inkişafına böyük diqqət göstərilir və bu cür beynəlxalq yarışların Azərbaycanda keçirilməsi ölkəmizi dünyaya daha yaxşı tanıdır".
Tanınmış bəstəkarın qızı gimnastika yarışına görə Azərbaycanda qalma vaxtını uzatdı (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

"Azərbaycanda gimnastikanın inkişafına böyük diqqət göstərilir və bu cür beynəlxalq yarışların Azərbaycanda keçirilməsi ölkəmizi dünyaya daha yaxşı tanıdır".

Bunu Trend-ə iyulun 22-24-də Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun finalına tamaşa etməyə gəlmiş gimnastika azarkeşi, tanınmış bəstəkar Rühəngiz Qasımovanın qızı Canana Süleymanlı-Paşa deyib.

O qeyd edib ki, Bakıda keçirilən bu yarışma çox yüksək səviyyədə təşkil edilib: "Mən xaricdə yaşayıram, Azərbaycana valideynlərimə baş çəkməyə gəlmişdim. Mənə dedilər ki, Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun finalı keçiriləcək. Biz də Azərbaycanda qalma vaxtımızı üç gün uzatdıq və bu yarışlara tamaşa etməyə gəldik. Yarışmanı əvvəldən axıra kimi izləyirik. İnanıram ki, Azərbaycan komandası qələbə qazanacaq və bayrağımızı ucaldacaq".

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının ikinci günü başladı (FOTO)

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının ikinci günü başladı (FOTO)

C.Süleymanlı-Paşa bildirib ki, Milli Gimnastika Arenası dünya səviyyəli bir məkandır: "Mən birinci dəfədir buraya gəlirəm və gəlməyimə də çox şad oldum. Ölkəmizdə belə dünya səviyyəli Milli Gimnastika Arenasının olması məni çox sevindirir, şəhərə xüsusi gözəllik verir".

O, Azərbaycanda idmana göstərilən diqqət və qayğını yüksək qiymətləndirib: "Mən 25 ildir xaricdə yaşayıram. Azərbaycanda beynəlxalq idman yarışları keçiriləndə gəlib tamaşa edirik. Mən 2008-ci ildə Pekin olimpiadasında mətbuat otağının rəhbəri olmuşam və ABŞ-da olimpiada yarışlarında könüllü kimi iştirak etmişəm. Yəni mən dünyada idman yarışlarının təşkil edilməsi səviyyəsini görmüşəm. Deyərdim ki, Azərbaycanda keçirilən beynəlxalq yarışlar daha yüksək səviyyədə təşkil edilir".

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti