...

Finlandiyalı gimnast: Bakıda Dünya Kuboku yarışları yüksək səviyyədə təşkil edilib

Cəmiyyət Materials 23 İyul 2016 14:23 (UTC +04:00)
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışları yüksək səviyyədə təşkil edilib.
Finlandiyalı gimnast: Bakıda Dünya Kuboku yarışları yüksək səviyyədə təşkil edilib

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışları yüksək səviyyədə təşkil edilib.

Bunu Trend-ə finlandiyalı gimnast Yekaterina Volkova deyib.

O bildirib: "Bu gün hər şey olduqca yaxşı alındı, mən razıyam. Finala halqa ilə hərəkətlərlə çıxdım. Bakıda ilk dəfəyəm. Gəzməyə vaxt tapdım, şəhər çox xoşuma gəldi. Metroda, şəhərin mərkəzində oldum. Bakı haqqında ən yaxşı təəssüratlarım var".

Marina Durunda: Artıq indidən Rio Olimpiadasına psixoloji cəhətdən köklənmək lazımdır

Marina Durunda: Artıq indidən Rio Olimpiadasına psixoloji cəhətdən köklənmək lazımdır

Gimnast Milli Gimnastika Arenasındakı şəraiti yüksək qiymətləndirib: "Arena çox yaxşıdır və azarkeşlər dəstək verirlər. Hazırda Olimpiadaya hazırlaşıram. Orada özümdən yaxşı çıxışlar gözləyirəm".

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti