...

Azarkeş: Gimnastika Azərbaycanın regionlarında da inkişaf edir

Cəmiyyət Materials 23 İyul 2016 15:31 (UTC +04:00)
Ölkəmizdə gimnastika üzrə bu cür böyük yarışların keçirilməsi bizi çox sevindir.
Azarkeş: Gimnastika Azərbaycanın regionlarında da inkişaf edir

Bakı. Elçin Mehdiyev - Trend:

Ölkəmizdə gimnastika üzrə bu cür böyük yarışların keçirilməsi bizi çox sevindir.

Bunu Trend-ə iyulun 22-24-də Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun finalına tamaşa etmək üçün Kürdəmir rayonundan gəlmiş gimnastika azarkeşi Esmira Hacıyeva deyib.

E.Hacıyeva bildirib ki, bu cür beynəlxalq yarışlar Azərbaycanda gimnastikanın inkişafına, idmançılarımızın yeni təcrübələr qazanmasına xidmət edir: "Mənim qızım Nazlı da gimnastika ilə məşğul olur, bir sıra yarışlarda uğurlar qazanıb. Çox arzu edərdim ki, o da belə böyük yarışlara qatılsın".

Bədii gimnastika üzrə Dünya Kubokunun ikinci günü (FOTOLAR)

Bədii gimnastika üzrə Dünya Kubokunun ikinci günü (FOTOLAR)

E.Hacıyeva qeyd edib ki, gimnastika Azərbaycanın regionlarında da sürətlə inkişaf edir: "Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində regionlarda da gimnastika inkişaf edir. Regionlarda da gimnastika yarışları, bölgələr üzrə kuboklar keçirilir. Biz Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildiririk ki, övladlarımız üçün belə şərait yaradıb".

Onun sözlərinə görə, Azərbaycanda gimnastikaya olan maraq çox böyükdür: "Vaxtilə Azərbaycanda gimnastika olsa da, inkişaf etdirilməyib. Mehriban Əliyevanın diqqəti sayəsində bu idman növü ölkəmizdə inkişaf etdi, insanlar arasında gimnastikaya maraq artdı. Gimnastika həm də uşaqlarımızın sağlam böyüməsinə böyük töhfə verir. Əslində idman elə gimnastikadan başlayır. Çox sevinirik ki, gimnastika ölkəmizdə belə inkişaf edir".

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti