...

Fransalı gimnast: Milli Gimnastika Arenası mənim üçün uğurlu yerdir

Cəmiyyət Materials 23 İyul 2016 15:48 (UTC +04:00)
Bakıdakı Milli Gimnastika Arenası mənim üçün uğurlu yerdir.
Fransalı gimnast: Milli Gimnastika Arenası mənim üçün uğurlu yerdir

Bakı. Maksim Tsurkov - Trend:

Bakıdakı Milli Gimnastika Arenası mənim üçün uğurlu yerdir.

Bunu Trend-ə fransalı gimnast Kseniya Mustafayeva deyib.

Onun sözlərinə görə, Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda çıxışından olduqca razı qalıb: “Bütün dörd növ üzrə finala çıxmağı və çoxnövçülükdə yüksək yer tutmağı qarşıma məqsəd qoymuşdum. Və proqramları yaxşı icra edə bildim”.

Azarkeş: Gimnastika Azərbaycanın regionlarında da inkişaf edir

Azarkeş: Gimnastika Azərbaycanın regionlarında da inkişaf edir

Gimnast qeyd edib ki, Bakı tamaşaçılarının dəstəyi ona kömək edir: “Çoxlarına belə dəstək mane olur, mənə isə əksinə. Bu zalda üçüncü dəfə çıxış edirəm və bura çox xoşuma gəlir”.

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti