...

Amerikalı gimnast: Bakıda əla tamaşaçılar var

Cəmiyyət Materials 23 İyul 2016 16:04 (UTC +04:00)
Bakıdakı Milli Gimnastika Arenasına əla tamaşaçılar toplaşıb.
Amerikalı gimnast: Bakıda əla tamaşaçılar var

Bakı. Maksim Tsurkov – Trend:

Bakıdakı Milli Gimnastika Arenasına əla tamaşaçılar toplaşıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə amerikalı gimnast Kamilla Fili deyib.

O bildirib: “Burada əla tamaşaçılar, gözəl zal var. Bakıda çıxış etmək çox xoşuma gəldi”.

Çıxışını şərh edən gimnast deyib ki, yeni səviyyəyə yüksələ bilib: “Bacardığımı etdim. Hərçənd başlanğıcda bir az həyacanlanırdı. Ümumilikdə, fikrimcə, yaxşı çıxış etdim”.

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti