...

Bədii gimnastika üzrə Dünya Kubokunda milli kolorit (FOTO)

Mədəniyyət Materials 23 İyul 2016 16:49 (UTC +04:00)
Bədii gimnastika üzrə Dünya Kubokunun təşkilatçıları Milli Gimnastika Arenasını Azərbaycan koloritinə uyğun tərtib ediblər.
Bədii gimnastika üzrə Dünya Kubokunda milli kolorit (FOTO)

Bakı. Trend:

Bədii gimnastika üzrə Dünya Kubokunun təşkilatçıları Milli Gimnastika Arenasını Azərbaycan koloritinə uyğun tərtib ediblər.

Trend-in məlumatına görə, arenanın tərtibində əsas yeri "Çələbi" xalça naxışı tutur. Bu naxış Qarabağ xalça məktəbinə aiddir və cənub-qərb regionunu əhatə edir.

"Çələbi" gimnastların çıxış etdiyi əsas xalçanın ətrafında yer alıb. Bu milli naxış, həmçinin mükafatlandırma mərasimində və rəsmi şəxslərin çıxışı zamanı fon kimi istifadə olunur.

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti