...

Azarkeş: Gimnastika sağlam həyat tərzidir

Cəmiyyət Materials 24 İyul 2016 12:03 (UTC +04:00)
"Gimnasika yarışlarına gəlib tamaşa etmək bizə böyük zövq verir və çox sevinirik ki, ölkəmizdə belə möhtəşəm yarışlar keçirilir".
Azarkeş: Gimnastika sağlam həyat tərzidir

Bakı. Elçin Mehdiyev - Trend:

"Gimnasika yarışlarına gəlib tamaşa etmək bizə böyük zövq verir və çox sevinirik ki, ölkəmizdə belə möhtəşəm yarışlar keçirilir".

Bunu Trend-ə iyulun 22-24-də Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun finalına tamaşa etməyə gəlmiş gimnastika azarkeşi Xatirə Zülfüqarova deyib.

O bildirib ki, Azərbaycanda gimnastikanın belə inkişaf etməsi çox sevindirici haldır: "Övladlarımız da gimnastika ilə məşğul olur. Bu həm də onların sağlam böyüməsi, vaxtlarını səmərəli keçirməsi üçün çox əhəmiyyətlidir. Gimnastika sağlam həyat tərzidir. Bu cür yarışların keçirilməsi ölkədə gimnastikaya olan marağı daha da artırır. Biz hər dəfə belə yarışlar keçiriləndə gəlib tamaşa edirik və idmançılarımıza dəstək oluruq. Yarışmada bizim gimnastlarımız çox yaxşı çıxış edir. İnanırıq ki, qələbə qazanaraq bayrağımızı ucaldacaqlar".

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının sonuncu günü başladı (FOTO)

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının sonuncu günü başladı (FOTO)

X.Zülfüqarova həmçinin qeyd edib ki, belə beynəlxalq yarışların Azərbaycanda keçirilməsi ölkəmizin mədəniyyətinin dünyaya təbliğ edilməsi baxımından mühüm rol oynayır: "Bu yarışmada bütün arena milli xalçalarımızla, miniatürlərimizlə bəzədilib. Digər ölkələrdən gələn tamaşaçılar, idmançılar da bunu görür, mədəniyyətimizlə daha yaxından tanış olurlar".

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparıb. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti