...

TQDK abituriyentlərə müraciət edib

Cəmiyyət Materials 25 İyul 2016 10:39 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası hərbi tibb fakültəsinə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.
TQDK abituriyentlərə müraciət edib

Bakı. İlhamə İsabalayeva - Trend:

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) hərbi tibb fakültəsinə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

TQDK-dan Trend-ə verilən məlumata görə, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin “Hərbi həkim işi” ixtisasına qəbul olunmaq istəyən abituriyentlər iyulun 28-dək Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə müraciət edə bilərlər.

Müsabiqədə 2016-cı ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında (Azərbaycan bölməsi) 450 və daha çox bal toplamış, 15 sentyabr 2016-cı ilə qədər 16 yaşı tamam olan və 19 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) iştirak edə bilərlər.

Hərbi Tibb fakültəsinə qəbul olunan tələbələr ödənişsiz əsaslarla təhsil alırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti