...

Avstraliyaya gedən yol...

Cəmiyyət Materials 25 İyul 2016 14:14 (UTC +04:00)
Nicat Hacıyev, Avstraliya Melbourn Universitetinin magistri. Göyçay rayon 3 saylı orta məktəbi 2011-ci ildə bitirmişəm.
Avstraliyaya gedən yol...

Bakı. Trend:

Nicat Hacıyev, Avstraliya Melbourn Universitetinin magistri. Əlbəttə, özəl universitetlərə qarşı stereotiplər mənimdə beynimdə suallar yaradırdı. Lakin keçmiş tələbələrin rəyi, universitetin beynəlxalq reytinqi və təhsilin ingilis dilində olması faktorları bu sualların sadəcə konservativ sovet düşüncəsinin acı meyvələri olduqlarını qənaətinə gəlməyimə səbəb oldu. Qafqaz universitetinə daxil olduğum gündən qarşımda xaricdə təhsil alacağımla bağlı məqsəd qoymuşdum.

Dünya İqtisadiyyatı bölməsində, bakalavrın son kursunda, biraz ekzotik səslənsə də, seçimim Avstraliya oldu. Bunun bir neçə səbəbi var. Birincisi, Avstraliyanın xidmət ixracatının tərkibində birinci sırada təhsil dayanır. Beynəlxalq tələbələrin sayı olduqca çoxdur və universitetlər dünya reytinqlərində top 50-də dayanmaqdadır. İkinci səbəb, ölkənin cəlbedici olması idi. Əlbəttə, kenquruların vətəni muzeylər, sənət əsərləri, tarixi binalar ilə kasıb bir ölkədir. Lakin təbii gözəllik və mənzərə baxımından bir çox ölkəyə fora verir. Maraqlı ölkədi, gəlməyə dəyər. Bir neçə universitet araşdırdıqdan sonra seçimimi etdim və hal-hazırda Dövlət Proqramı vasitəsi ilə burada təhsil alıram.

Dərslərin çətin olduğu faktı danılmazdır, amma demək olmaz ki, qeyri-adi, tamamilə fərqli konsepsiyalara yiyələnirəm. Bakalavrda keçirilən dərslərin daha üst səviyyəsi adlandırmaq olar. Bu baxımdan ixtisasım üzrə Qafqaz Universiteti, Dünya İqtisadiyyatı kafedrasında qazandığım biliklər mənə çox kömək oldu və dərslərin daha asan qavranılması üçün bir növ baza rolunu oynadı. Azərbaycanda oxuduğu zaman tələbə düşünür ki, xaricdə keçirilən dərslərin mahiyyəti və strukturu fərqlidi. Çox şanslıyam ki, Qafqaz Universiteti Dünya İqtisadiyyatı bölməsinin təhsili mənə bu fikrin düzgün olmadığını əyani sürətdə sübuta yetirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti