...

Şirvandakı partlayışda yaralananların sayı 20-ə çatıb (YENİLƏNİB)

Cəmiyyət Materials 26 İyul 2016 17:38 (UTC +04:00)
Şirvanda baş vermiş hadisədə xəsarət alanlara tibb yardımın göstərilməsi səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb.
Şirvandakı partlayışda yaralananların sayı 20-ə çatıb (YENİLƏNİB)

Yaralılarla bağlı ilk xəbər saat 16:19-da yayımlanıb.

Bakı. İlhamə İsabalayeva - Trend:

Şirvandakı partlayışda yaralananların sayı 20 nəfərə çatıb. Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Hadisə nəticəsində ölən yoxdur.

X X X

Şirvanda baş vermiş hadisədə xəsarət alanlara tibb yardımın göstərilməsi səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu ana qədər Şirvan Mərkəzi Rayon xəstəxanasına artıq 11 nəfər xəsarət almış şəxs çatdırılmışdır. Xəsarət alanlara mütəxəssislər tərəfindən zəruri tibbi yardım göstərilir. Hadisə yerində təcili yardım briqadaları işini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti