...

"Əkirik, güllə çıxır - hər yer güllədir" (VİDEO)

Cəmiyyət Materials 26 İyul 2016 18:44 (UTC +04:00)
Ötən gündən etibarən Tovuzun Əlibəyli kəndi ərazisində göy üzünü tüstü bürüyüb.
"Əkirik, güllə çıxır - hər yer güllədir" (VİDEO)

Bakı. Trend:

Ötən gündən etibarən Tovuzun Əlibəyli kəndi ərazisində göy üzünü tüstü bürüyüb. Kəndlilərin sözlərinə görə, ermənilər əsasən küləkli havada quru ot sahələrinə od vuraraq alovun Tovuzun Əlibəyli, Ağdam, Hacallı kəndlərinə doğru yayılmasına, yaşayış məntəqələrinə ziyan vurmasına çalışırlar.

Trend Region TV-yə istinadən xəbər verir ki, yanğından qorunmaq üçün yırtıcı heyvanlar, zəhərli sürünənlər də sərhədyanı kəndlərimizə tərəf istiqamət alırlar.

İki gündür davam edən yanğın zamanı sakinlər mina partlayış səsləri də eşitdiklərini də deyirlər: “Bu gündən də minalar partlamağa başlayıb. Səhərdən 2-3 mina partlayıb. Əkirik, güllə çıxır. Təmizləyirik, partlayır. Hər yer güllədir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti