...

"AZƏRTAC-ın Çin dili üzrə mütəxəssislər hazırlamasını yüksək qiymətləndiririk"

Cəmiyyət Materials 26 İyul 2016 19:27 (UTC +04:00)
AZƏRTAC-ın Çin dili və mədəniyyətinin təbliğinə, Çin dili üzrə mütəxəssislərin hazırlanmasına önəm verməsini yüksək qiymətləndiririk.
"AZƏRTAC-ın Çin dili üzrə mütəxəssislər hazırlamasını yüksək qiymətləndiririk"

Bakı. Trend:

AZƏRTAC-ın Çin dili və mədəniyyətinin təbliğinə, Çin dili üzrə mütəxəssislərin hazırlanmasına önəm verməsini yüksək qiymətləndiririk.

Bu fikir Çin Xalq Respublikası Sincan Uyğur Muxtar Rayonu Xarici İşlər İnstitutunun baş katibi Sue Li ilə iyulun 26-da AZƏRTAC-da keçirilən görüşdə səslənib.

Görüşdə baş direktor Aslan Aslanov Azərbaycan ilə Çin arasında bütün istiqamətlərdə olduğu kimi, informasiya sahəsində də əlaqələrin inkişaf etdiyini, bunun davamlı xarakter daşıdığını bildirib. Qeyd olunub ki, AZƏRTAC Çinin Sinxua Agentliyi ilə sıx tərəfdaşlıq edir, hər iki agentlik intensiv informasiya mübadiləsi aparır. Azərbaycandakı Konfutsi İnstitutu ilə birgə dörd ildir ki, AZƏRTAC-da Çin dili kursları fəaliyyət göstərir, hər il agentliyin bir neçə əməkdaşı Çinin müxtəlif şəhərlərində keçirilən görüşlərdə iştirak edir. Agentliyin Pekində müxbir məntəqəsinin, Çin dilində informasiya bölməsinin və saytının fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Bu görüşün Sincan Xarici İşlər İnstitutu ilə münasibətlərin qurulması üçün yaxşı imkanlar açdığı vurğulanıb.

Sue Li AZƏRTAC-ın Çin dili üzrə mütəxəssislərin hazırlanmasına böyük diqqət yetirməsini yüksək qiymətləndirdiklərini qeyd edib. O bildirib ki, səfərinin məqsədi Azərbaycanın iqtisadiyyatı, inkişaf meyilləri ilə yaxından tanış olmaq, Çinin qərbində yerləşən Sincan Uyğur Muxtar Rayonu ilə əlaqələri genişləndirmək üçün perspektivli sahələri müəyyən etməkdir. Sue Li qeyd edib: “Həm Konfutsi İnstitutu vasitəsilə, həm də birbaşa AZƏRTAC ilə əlaqələrin qurulmasında maraqlıyıq. Urumçidə “Bir kəmər – bir yol” təşəbbüsü çərçivəsində keçiriləcək forumda AZƏRTAC-ın iştirakı iki qurum arasında münasibətləri daha da yaxınlaşdıracaq”.

Görüşdə Qərbi Asiyada iqtisadi məlumatların mübadiləsi üzrə komissiyanın üzvü Ma Nin, Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutunun Çin üzrə direktoru Luo Siaocı və institutun əməkdaşı Li Çensyu iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti