...

700 bal toplayan abituriyent: Sevincimizdən uçurduq (FOTO/VİDEO)

Cəmiyyət Materials 26 İyul 2016 19:55 (UTC +04:00)
Kürdəmir rayonunun Xırdapay kənd sakini 1999-cu il təvəllüdlü Təbriz Nazim oğlu Qasımov avqustun 23-də III qrup üzrə ali məktəblərə keçirilən qəbul imtahanında 700 bal toplayıb.
700 bal toplayan abituriyent: Sevincimizdən uçurduq (FOTO/VİDEO)

Bakı. Trend:

Kürdəmir rayonunun Xırdapay kənd sakini 1999-cu il təvəllüdlü Təbriz Nazim oğlu Qasımov avqustun 23-də III qrup üzrə ali məktəblərə keçirilən qəbul imtahanında 700 bal toplayıb.

Trend Region TV-yə istinadən xəbər verir ki, Kürdəmirdə bu vaxtadək ilk dəfə olaraq maksimum nəticə göstərən T.Qasımov rayonun 2 saylı məktəb liseyində təhsil alıb. Körpəlikdən idmanla məşğul olan Təbriz 5-ci sinifdən dərslərinə xüsusi diqqət yetirməyə başlayıb. O, valideyinlərinin məsləhətinə həmişə qulaq asıb.

Təbriz bu uğuru qazanmasında valideynləri qədər müəllimlərinin də böyük zəhmətinin olduğunu bildirib. İmtahanın nəticələrini gözləməyin həyəcanlı olduğunu deyib: “Ürəyim qısılırdı ki, cavab gəlib çıxmır. Nəhayət cavablar çıxdı. Telefonu götürdüm, başladım rəqəmlərə arxa tərəfdən baxmağa: 00 gördüm. Sonra fikirləşdim ki, 600 olmaz, 700 olar. Gördüm həqiqətən 700-dür. Evdəkilər sevindi, konkret uçurduq”.

Təbrizin təhsil aldığı məktəbin kollektivi onun bu uğurunu Kürdəmir üçün böyük nailiyyət hesab edirlər. Gələcəkdə bu cür şagirdlərin yetişdirilməsi üçün əllərindən gələni edəcəklərini deyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti