...

Səhiyyə Nazirliyi: "Araz" zavodunda yaralanan şəxslərin sağlamlığı üçün həyati təhlükə yoxdur

Cəmiyyət Materials 27 İyul 2016 10:23 (UTC +04:00)
Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən “Araz” zavodunda yaralanan şəxslərin vəziyyətləri normaldır və onlartın sağlamlığı üçün həyati təhlükə yoxdur.
Səhiyyə Nazirliyi: "Araz" zavodunda yaralanan şəxslərin sağlamlığı üçün həyati təhlükə yoxdur

Bakı. İlhamə İsabalayeva - Trend:

Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən “Araz” zavodunda yaralanan şəxslərin vəziyyətləri normaldır və onların sağlamlığı üçün həyati təhlükə yoxdur.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Trend-ə bildirib ki, hazırda Şirvan Mərkəzi Şəhər Xəstəxanasında 7 yaralı müalicə olunur. Onlardan 3-ü yaxın saatlarda evə buraxılacaq.

L.Bayramova deyib ki, ümumilikdə Şirvan rayonunda baş vermiş hadisə ilə əlaqədar Şirvan Mərkəzi Rayon Xəstəxanasına indiyə kimi 24 nəfər müraciət edib. Onlardan 14 nəfər ambulator yardım alaraq dünən evə buraxılıb. Xəstəxanada dünən müalicə alan 10 nəfərdən biri dünən xəstələrdən biri dünən Bakıdakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gətirilib. 2 nəfər isə dünən evə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti