...

Azad Rəhimov Britaniya parlament üzvləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 28 İyul 2016 12:47 (UTC +04:00)
Gənclər və idman naziri Azad Rəhimov Britaniya Parlamentinin Azərbaycan qrupunun üzvləri ilə görüşüb.
Azad Rəhimov Britaniya parlament üzvləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Gənclər və idman naziri Azad Rəhimov Britaniya Parlamentinin Azərbaycan qrupunun üzvləri ilə görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, görüşdə Mühafizəkarlar, Leyborist və Liberal demokrat partiyalarını təmsil edən 11 parlament üzvü iştirak edib.

A.Rəhimov Gənclər və idman nazirliyinin yaranma tarixi, gənclər və idman sahələrində görülən işlər, ölkədə fəaliyyət göstərən QHT-lər, qəbul olunan Dövlət Proqramları və s haqda söz açıb. Nazir eyni zamanda, idman sahəsində Azərbaycanın çox böyük layihələrə ev sahibliyi etdiyini diqqətə çatdırıb, buna misal olaraq ölkəmizdə I Avropa oyunları, Formula 1 Grand Prix kimi mötəbər turnirlərin keçirildiyini, bununla yanaşı sentyabr ayında paytaxtda Beynəlxalq Şahmat Olimpiadası, 2017-ci ildə isə İslam Həmrəyliyi oyunlarının baş tutacağını nümunə gətirib.

İngiltərə Parlamentinin Azərbaycan qrupunun üzvləri hər iki sahədə Azərbaycanda həyata keçirilən tədbirlərin, beynəlxalq səviyyəli nüfuzlu yarışların ölkənin imicinə çox müsbət təsir göstərdiyini, son illər isə bu təsirin daha əyani şəkildə göründüyünü bildiribər.

Qonaqlar Britaniya ilə Azərbaycan arasında istər gənclər, istərsə də idman sahələrində maraqlı layihələrin həyata keçirilməsinin mümkünlüyünü diqqətə çatdırıb, birgə əməkdaşlığın hər iki ölkə arasında əlaqələrin daha sıx olmasına şərait yaradacağını qeyd ediblər.

Sonra gənclər və idman sahələri haqda daha geniş fikir mübadiləsi aparıldı, hər iki tərəfi maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti