...

Dünya Qəzetçilər Federasiyasının sədri Mətbuat Şurasında olub (FOTO)

Cəmiyyət Materials 28 İyul 2016 15:51 (UTC +04:00)
Bu gün Dünya Qəzetçilər Federasiyasının sədri Menderes Dəmir Azərbaycan Mətbuat Şurasında (MŞ) olub.
Dünya Qəzetçilər Federasiyasının sədri Mətbuat Şurasında olub (FOTO)

Bakı. Trend:

Bu gün Dünya Qəzetçilər Federasiyasının sədri Menderes Dəmir Azərbaycan Mətbuat Şurasında (MŞ) olub.

Şuradan Trend-ə verilən məlumata görə, qonağı salamlayan MŞ sədri Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurumun beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyətində türk dünyasını təmsil edən media təşkilatları ilə qarşılıqlı münasibətlər mühüm yer tutur: "Bu münasibətlər yalnız media sahəsi ilə məhdudlaşmır, ümumən ictimai məzmun daşımaqla ortaq dəyərlərimizin təbliğini nəzərdə tutur. Əlbəttə, təbliğat başlıca olaraq mediada aparılmalıdır. Ancaq düşünürəm ki, media qurumları eyni zamanda bizi birləşdirən, xarakterizə edən məsələlərlə bağlı təşəbbüskarlıq da göstərməlidirlər".

M.Dəmir fikrini Dünya Qəzetçilər Federasiyasının həyata keçirdiyi Türkdilli Ölkələrin Sənədli Filmlər Festivalı layihəsi üzərində cəmləşdirib. O bildirib ki, festivala filmlərin qəbulu prosesi bu il avqustun 12-də başa çatacaq. Toplanmış ekran əsərlərinin qiymətləndirilməsi aparılacaq. Qalib filmlər türk dünyasının müxtəlif yerlərində nümayiş olunacaq.

M.Dəmir həmin filmlərin Azərbaycanda da nümayişinin əhəmiyyətini vurğulayıb və bu baxımdan MŞ ilə əməkdaşlığın səmərəli olacağına inamını ifadə edib. Görüşdə mövcud xüsusda nəzərdə tutulan fəaliyyətin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti