...

Qafqaz Universitetinin tələbələri Londonda yay məktəbində (FOTO)

Cəmiyyət Materials 28 İyul 2016 17:15 (UTC +04:00)
Qafqaz Universitetinin gözəl ənənələrindən biridə 700 ballaqəbul olan tələbələrini bir aylıq ingilis dilli ölkələrdən birinə yay məktəbinə göndərilməsidir.
Qafqaz Universitetinin tələbələri Londonda yay məktəbində (FOTO)

Bakı. Trend:

Qafqaz Universitetinin gözəl ənənələrindən biridə 700 ballaqəbul olan tələbələrini bir aylıq ingilis dilli ölkələrdən birinə yay məktəbinə göndərilməsidir. Bu yay da Qafqaz Universitetinə 700 bal toplayaraq qəbul olan tələbələr – Fatimeyi ZəhraNəbizadə, Firuz Abduyev və Əli Allahverdiyev universitet tərəfindən Londona bir aylıq yay məktəbinə göndəriliblər. Hazırda tələbələr “KensigtonAcademy” də dil kursunda iştirak edirlər.

Kimya muhəndisliyi 2-ci kurs tələbəsi Fatimyi Zəhra Nəbizadə

Kimya mühəndisliyi 2-ci kurstələbəsiyəm. Bu il 1 aylıq Yay Məktəb iücün universitet tərəfindən Londona göndərilmişəm. Bir ay müddətdə, “KensigtonAcademy”de keçdiyimiz dərslərlə yanaşı, Londonu gəzmək,muzeylərlə və qədim mədəniyyətiylə tanış olmaq imkanımız olacaq.

Mexanika mühəndisliyi 1-ci kurstələbəsi ƏliAllahverdiyev

QafqazUniversitetinin yaratdığı fürsətdən istifadə edərək həmişə gəzməyi xəyal etdiyim Londona dil kursu üçün gəlmək gözəl fürsət oldu mənim üçün.Burada ingilis dili danışıq təcrübəmizi artırmaqla yanaşı, həm Londonun gəzməli yerləri ilə, həmdə İngiltərənin mədəniyyəti ilə yaxından tanış oluruq.

Komputer Mühəndisliyi 1-ci kurs tələbəsi Firuz Abduyev və yoldaşları kimi maraqlı bir yay məktəbi olduğunu, eyni zamanda bu tədbirin Qafqaz universiteti rəhbərliyi tərəfindən 700 balla qəbul olan tələbələrə gözəl bir hədiyyə olduğunu qeyd etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti