...

Tibb Universitetinin klinikasının baş direktoru işdən çıxdı, yeni prorektor təyin edildi

Cəmiyyət Materials 28 İyul 2016 17:19 (UTC +04:00)
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının baş direktoru Surxay Musayev öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilib.
Tibb Universitetinin klinikasının baş direktoru işdən çıxdı, yeni prorektor təyin edildi

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının baş direktoru Surxay Musayev öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilib.

Universitetdən Trend-ə verilən məlumata görə, həmin vəzifəyə Tədris Terapevtik Klinikasının Daxili xəstəliklər və Reanimasiya kafedrasının müdiri, dosent Könül Xəlilova təyin edilib. S.Musayev isə həmin klinikanın uşaq xəstəlikləri kafedrasının professoru kimi fəaliyyətini davam etdirəcək.

Digər dəyişikliklə ATU-nun elmi işlər üzrə prorektoru İbrahim İsayev vəzifəsindən azad edilib. Onun yerinə Rauf Bəylərov təyin edilib.

Xatırladaq ki, Azərbaycanın baş psixiatrı Gəray Gəraybəyli bir neçə ay əvvəl ATU-ya rektor təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti