...

Kürdəmirdə "Dünyəvi dövlətdə din: Azərbaycan modeli" mövzusunda seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 28 İyul 2016 18:17 (UTC +04:00)
İyulun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar keçirilib.
Kürdəmirdə "Dünyəvi dövlətdə din: Azərbaycan modeli" mövzusunda seminar keçirilib (FOTO)

Bakı. Trend:

İyulun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar keçirilib.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, din xadimləri, təhsil və mədəniyyət işçiləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov Kürdəmir rayonunda mövcud dini durum və bu sahədə görülmüş işlər barədə məlumat verib. Bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji kurs nəticəsində Azərbaycan dünyada ən tolerant ölkə, müxtəlif dinlərin birgə fəaliyyət göstərdiyi məkan kimi kimi tanınır.

Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının mövzu ilə bağlı məruzəsi dinlənilib.
S.Salahlı bildirib ki, bu gün Respublikamızda insan hüquq və azadlıqlarının bərqərar olmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir. Ümummili Lider Heydər Əliyevin ardıcıl, məqsədyönlü fəaliyyəti sayəsində ölkəmizdə insan hüquqlarının qorunmasına dair qanunvericilik bazası beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb. Dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit olunub, dini etiqad azadlığı ilə bağlı hüquqi-normativ aktların icrasının təmin olunmasına nəzarət edilməsi, milli-mənəvi abidələrimizin bərpası və qorunması istiqamətində mühüm tədbirlər həyat keçirilib. Birmənalı demək olar ki, Azərbaycanda qəbul edilən qanunlar və normativ hüquqi aktlar bütövlükdə əqidə azadlığını təmin edir, dövlətlə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək üçün hüquqi əsas yaradır.

Dövlət Komitəsi sədrinin birinci müavini S.Salahlı vurğulayıb ki, Azərbaycanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, 2016-cı ilin ölkədə “Multikulturalizm ili” elan edilməsi müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir.
Son illər ölkəmizdə bu mövzuda müxtəlif beynəlxalq tədbirlərin, 2016-cı ilin aprel ayında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi mədəniyyətlərarası dialoq və multikulturalizm dəyərlərinin təşviqi sahəsində respublikamızın fəaliyyətinə verilən ən yüksək qiymət olub.

Sonda seminar iştirakçılarının sual və təklifləri dinlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti