...

Lökbatanda yeni salınmış abad məhəllənin və xeyir-şər evinin açılışı olub (FOTO)

Cəmiyyət Materials 30 İyul 2016 11:30 (UTC +04:00)
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Lökbatan qəsəbəsinin Şahin Xəlilov küçəsində yeni salınmış abad məhəllənin və 300 nəfərlik xeyir-şər evinin açılışında iştirak edib.
Lökbatanda yeni salınmış abad məhəllənin və xeyir-şər evinin açılışı olub (FOTO)

Bakı. Trend:

İyulun 29-da Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Lökbatan qəsəbəsinin Şahin Xəlilov küçəsində yeni salınmış abad məhəllənin və 300 nəfərlik xeyir-şər evinin açılışında iştirak edib.

Trend-ə verilən məlumata görə, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü və rayon İcra hakimiyyəti başçısının səyyar qəbul-görüşündə Lökbatan qəsəbə sakinlərinin müraciətləri nəzərə alınaraq çoxmərtəbəli yaşayış binalarının əhatə etdiyi ərazidə yaradılmış nümunəvi abad məhəllənin açılış mərasimi keçirilmiş və bu ərazidə yeni xeyir-şər evi sakinlərin istifadəsinə verilmişdir.

Açılış mərasimində rayon İcra hakimiyyəti başçısı aparatı, kommunal strukturların, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etdilər.

Açılış mərasimində çıxış edən natiqlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətləri, onun siyasi irsinin təbliğinin əhəmiyyəti, ulu öndərin siyasi-iqtisadi və sosial kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və digər aktual məsələlərdən danışaraq, ölkə Başçısının yerli İcra Hakimiyyətləri və yerli özünüidarəetmə orqanları qarşısında əhalinin sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlərin görülməsinə dair verdiyi tapşırıqlar, bu sahədə kompleks tədbirlərin keçirilməsinə xidmət edən Dövlət Proqramlarının icrası vəziyyətinə də toxunmuşlar.

Yeni salınmış abad məhəllə orada yerləşən beşmərtəbəli, altıbloklu, altı binada yaşayan 480 ailənin istifadəsinə verilmişdir. Bu məhəllədə olan binaların 1250 kv.m sahəsi sement məhlulu ilə suvanmış, 325 kv.m pillələr aqlay tavalarla üzlənmiş, 552 kv.m hasar və səki divarları hörülmüşdür. Ərazidə 5010 kv.m sahəyə asfalt örtüyü, 1200 kv.m yeni qazon salınmış, 400 ədəd dekorativ ağac əkilmişdir. Bundan əlavə abad məhəllədə sakinlərin istirahəti üçün uşaq meydançası salınmış, 1 ədəd plastik uşaq meydançası qoyulmuş, 4 ədəd dairəvi asma turnik, 8 ədəd oturacaq yelləncək, 8 ədəd yelləncək-balansır, 24 oturacaq, 7 kölgəlik və 21 ədəd müasir işıq dirəyi quraşdırılmışdır.

Açılış mərasimində iştirak edən ağsaqqallar çıxış edərək əhalinin sosial problemlərinin həlli istiqamətində Qaradağ rayonunda müsbət təcrübənin olduğunu və bu işlərin bundan sonra da davam etdirilməsinin zəruriliyini qeyd etdilər.

Çıxış edən sakinlər nümunəvi abad məhəllənin yaradılmasına görə ölkə rəhbərliyinə, rayon İcra hakimiyyətinə öz minnətdarlıqlarını çatdırdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti