...

Rayon polis şöbəsi: Beyləqanda saxlanılan ruhi xəstə banka hücum etməyib

Cəmiyyət Materials 1 Avqust 2016 12:37 (UTC +04:00)
Beyləqan rayon Polis Şöbəsi rayon ərazisində "Access Bank"ın Beyləqan rayon şöbəsinə basqın edilməsilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Rayon polis şöbəsi: Beyləqanda saxlanılan ruhi xəstə banka hücum etməyib

Bakı. Samir Əliyev - Trend:

Beyləqan rayon Polis Şöbəsi rayon ərazisində "Access Bank"ın Beyləqan rayon şöbəsinə basqın edilməsilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Şöbədən Trend-ə verilən məlumata görə, adıçəkilən banka basqın olmayıb: "Hadisədə adı çəkilən Füzuli rayonundan olan məcburi köçkün, Beyləqan rayonunda məskunlaşan Rəhim Nəbiyev adlı şəxs həqiqətən mühafizə polisi tərəfindən 3 gün əvvəl saxlanılıb və Beyləqan rayon Polis Şöbəsinə təhvil verilib. Lakin o, banka basqına görə saxlanmayıb. Həmin şəxs rayondakı paltar mağazalarından birinə girib oradan oğurluğa cəhd edərkən saxlanılıb. Araşdırmalar zamanı saxlanılan Rəhim Nəbiyevin ruhi xəstə olduğu müəyyənləşib və o Bakıdakı ruhi əsəb dispanserlərindən birinə məcburi müalicəyə göndərilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti