...

Penitensiar Xidmətin 102 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

Cəmiyyət Materials 1 Avqust 2016 14:20 (UTC +04:00)
Bu ilin 6 ayı ərzində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 102 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.
Penitensiar Xidmətin 102 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

Bakı. Samir Əli-Trend:

Bu ilin 6 ayı ərzində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 102 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Trend-in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2016-cı ilin birinci yarımilliyi ərzindəki fəaliyyətinin yekunlarınahəsr olunmuş geniş müşavirə Penitensiar xidmətin rəis müavini, ədliyyə polkovniki Oqtay Məmmədov məlumat verib.

Xidmət rəisinin müavini bildirib ki, vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər korrupsiya elementlərinin yaranmasına zəmin olan səbəb və şəraitin aradan qaldırılmasına yönələn konkret tədbirlər görülüb: "Pozuntulara yol verən 102 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 3 əməkdaş tutduğu vəzifədən azad olunub, 7 əməkdaş isə ədliyyə orqanlarından xaric edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti