...

7 ayda 125 yaşayış məntəqəsi mavi qazla təmin edilib

Cəmiyyət Materials 3 Avqust 2016 09:45 (UTC +04:00)
Bu ilin 7 ayı ərzində Azərbaycanın 125 yaşayış məntəqəsi mavi qaz yanacağı ilə təmin edilib.
7 ayda 125 yaşayış məntəqəsi mavi qazla təmin edilib

Bakı. Samir Əli - Trend:

Bu ilin 7 ayı ərzində Azərbaycanın 125 yaşayış məntəqəsi mavi qaz yanacağı ilə təmin edilib.

Bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin əməkdaşı İbrahim Kəlbəliyev məlumat verib.

Onun sözlərinə görə, həmin məntəqələr "Azəriqaz" İB tərəfindən qazlaşdırılaraq mavi yanacaqla təmin olunub: "Hazırda bölgələrin qazlaşdırılması işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə də tərəfimizdən ardıcıllıqla mavi yanacağın verilməsi təmin ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti